Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yardımlı sakininin avtomobilindən narkotik götürüldü

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yardımlı rayon sakinində narkotik vasitə aşkarlanıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini İ.Mirişov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı isə əlavə 52 qramdan artıq heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI