Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arzusunda olduğu zirvəyə ucalan şəhidimiz - VİDEOREPORTAJ

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuzun Ağdam kəndi istiqamətində Qaraqaya yüksəkliyində düşmən təxribatının qarşısını alarkən şəhid olan ilk qəhrəmanlarımızdan biri çavuş Vüqar Sadıqovdur.

Press.az xəbər verir ki, Baku TV-nin əməkdaşları şəhidin evində olub.

Vüqar Sadıqovun anası Zeynəb xanım deyir ki, oğlu “şükür, salamatlıqdır” ifadəsindən başqa heç nə bilmirdi: 

“Bir kəlmə sirr verməzdi. Atışma səsi eşidən kimi soruşurduq, ancaq “Hər şey yaxşıdır, narahat olmayın” deyirdi Vüqarım...”

Atası onu kənd körpüsündən yola salarkən Vüqar ona “düş, bir qucaqlaşaq, ata” deyib. Anası deyir, səkkiz ildə neçə dəfə gəlib gedib, atası ilə heç vaxt belə qucaqlaşmayıb... Vüqar şəhid olarkən kənddə hər kəs bilirmiş.

Səkkizinci ilə keçmişdi Vüqarın hərbçi həyatı. Bu illər ərzində ancaq ön cəbhədə xidmət aparıb. Atası Lətif kişi deyir ki, əslində, həmişə arzusunda olduğu şəhidlik zirvəsinə ucalıb oğlu. Necə deyərlər, niyyətin hara, mənzilin ora...

İki qız və bir oğul atası idi. İndi daha bir hərbçi böyüyür şəhidimiz Vüqar Sadıqovun ailəsində. Balaca Yaşar da atası kimi qəhrəman hərbçi olmaq arzusundadır.

Oxşar xəbərlər
OTACI