Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roza Zərgərli koronavirusa yoluxdu

20 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Roza Zərgərli koronavirusa yoluxub.

Sənətçi bir aydan çoxdur evində müalicə alır.

O bildirib ki, hazırda səhhəti yaxşıdır:

“Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətlərini hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə “tutqun şüşə” göründü. Evə qayıdıb, özümü müalicə etdim.

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı odur ki, bütün ailə üzvləri bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə oldu.

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.

Axşam.az

Oxşar xəbərlər
OTACI