Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yenə yüzlərlə yoluxma qeydə alındı – Operativ Qərargah məlumat yaydı

15 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda 559 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Press.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 659 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.

Oxşar xəbərlər
OTACI