Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan vətəndaşı Azərbaycana keçib

15 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Press.az xəbər verir ki, hərbçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 

Sardaryanın etiraflarını təqdim edirik:

Sual: Özünüzü təqdim edin.

Cavab: Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram

Sual: Sərhədi  nə üçün keçmişdiniz, məqsədiniz  nə idi? 

Cavab: Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqla məğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıq və ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibətlər göstərdilər, atəş açmadılar.

Sual: Sərhəddi necə keçdiniz?

Cavab: Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbçilər məni saxladılar.

Sual: Sizə qarşı hansı haqsızlıqlar olub? 

Cavab: Mənə qarşı çox haqsızlıqlar olub, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20 000 dram pul istəyir. Əslində 2 000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.

Sual: Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiz?

Cavab: Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 2 000 hektar otlaq sahəsi üçün məndən 1 000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1 000 dollar pul vermişəm.

Sual: Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?

Cavab: Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.

Sual: Ermənistan ordusunda ümumi vəziyyət necədir?

Cavab: Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikadan geniş istifadə edilir. Orduda hərbçilərin narkotika yetişdirib satılmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikdən istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir.

Sual: Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?

Cavab: Mən Sərhəd Qoşunlarının Vanadzirdakl 5060 saylı, Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrində xidmət keçmişəm, 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplantısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər də iştirak etmirdi.

Sual: Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?

Cavab: Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə, xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.

Oxşar xəbərlər
OTACI