Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuzda daha bir evə mərmi düşdü - Fotolar

15 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq mülki yaşayış məntəqələrini hədəf alıb.

Ermənistan ordusu tərəfindən atılan mərmi Tovuzun Aşağı Öysüzlü kənd sakini Qasımov İlqam Allahverdi oğlunun həyətinə düşüb. Ətrafa saçılan mərmilər evə ziyan vurub.

Qeyd edək ki, hadisə zamanı ev sakinləri evdə olub. Onlar arasında ailənin yaş yarımlıq körpəsi Elcan Qasımov da var.

Aşağı Öysüzlü kəndi cəbhə bölgəsindən təxminən 15 km aralı məsafədə yerləşir.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI