Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid polkovnik İlqar Mirzəyevin cənazəsi Bakıda böyük izdihamla qarşılandı - VİDEO

15 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib. Onun nəşi paytaxtın Xətai rayonunda yerləşən ata ocağına aparılıb. Şəhidimizin cənazəsi böyük coşqu ilə qarşılanıb.

Press.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, İlqar Mirzəyevin yaxınları və oğlu atasının nəşini çiyinləri üzərində daşıyaraq mənzilə gətirilib.

''Xəzər Xəbər''ə müsahibə verən şəhid komandirin oğlu atası ilə fəxr etdiyini və onun yolu ilə gedəcəyini deyib.

Şəhidimiz sabah dəfn ediləcək

Qeyd edək ki, artilleriya komadiri İlqar Mirzəyev iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər
OTACI