Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabad sakini qonşusunu odlu silahdan yaralayıb

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad sakini qonşusunu odlu silahdan yaralayıb.

Press.Az xəbər verir ki, iyulun 13-də Əhmədabad kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə əvvəl daşla, sonra isə ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib.

Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib. 

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Q.İsgəndərov saxlanılıb və ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI