Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

Press.az Report-a istinadən xəbər verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi bildirib ki, həmin vaxt uşağı həyətdə oynayırmış.

O əlavə edib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.

Oxşar xəbərlər
OTACI