Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid mayor Anar Novruzov dəfn olundu - FOTO - YENİLƏNİB

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı  ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib. 

Press.az-ın məlumatına görə, şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib.

***20:17

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Masallı rayon Ərkivan qəsəbə sakini, mayor Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu rayona gətirilib. 

Press.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda mayorla vida mərasimi keçirilir.

O, elə doğulduğu torpaqda dəfn ediləcək.

Mərasimdə rayon ictimaiyyəti, millət vəkilləri və rayonun icra başçısı Şahin Məmmədov iştirak edir.

Qeyd edək ki,  iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Bu gün səhər saatlarında isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

Oxşar xəbərlər
OTACI