Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sumqayıt" Ayxan Abbasovla yeni müqavilə imzaladı - Rəsmi

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Press.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

A.Abbasov yeni müqavilə imzaladıqdan sonra bunları bildirib: “Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”.

Qeyd edək ki, “Sumqayıt”  2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI