Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır və tərəfləri atəşi dayandırmağa çağırır.

Press.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

" Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq. Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır. Bildiyiniz kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Bir daha hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".

Oxşar xəbərlər
OTACI