Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN əməkdaşları narkotiklərlə əlaqədar 2 nəfəri saxlayıblar

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DİN əməkdaşları narkotiklərlə əlaqədar 2 nəfəri saxlayıblar

Press.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Qərb bölgəsində Regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq, yaşadığı evdən 1,1 kq. marixuana götürülüb.

Bundan başqa, BNMİ-nin əməkdaşları əvvəllər məhkum olunmuş R.Bədəlovun həyətyanı sahəsində 250 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar ediblər. 

Faktlarla bağlı CM0nin 234- və 237-ci maddələrlə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI