Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub - SİYAHI

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.

Press.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adlarıları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu  

3) Gizir Zeynallı ilqar Ayaz oğlu

4) Gizin Babayev Yaşar Vasif oğlu 

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

Oxşar xəbərlər
OTACI