Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin Vitse-prezidenti: “Hər zaman səninləyik Azərbaycan”

14 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib.

Press.az xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” - paylaşımı edib.  

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib:

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.

Oxşar xəbərlər
OTACI