Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verib

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

Press.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun rəsmi "Facebook" və "Instaqram" sosial şəbəkələrində məlumat paylaşılıb:

"Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır".

Oxşar xəbərlər
OTACI