Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid zabitimiz dəfn olundu - YENİLƏNİB

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

*** 15:40

Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudovla vida mərasimi başlayıb.  

İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

APA

Oxşar xəbərlər
OTACI