Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərhədboyu müxtəlif istiqamətlərdə əməliyyatların keçirildiyinə dair RƏSMİ AÇIQLAMA

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sosial şəbəkələrdə sərhədboyu müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirildiyinə dair məlumatlar yayılır. Bunlar əsassız və qeyri-dəqiq məlumatlardır”.

Press.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.

V.Dərgahlı bu kimi əsassız məlumatları yayan şəxslərə müraciət edib:

“Belə informasiyalar həqiqəti əks etdirmir. Xalqımız, sosial şəbəkə istifadəçiləri, kütləvi media nümayəndələrindən bu istiqamətdə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlara diqqət etmələrini xahiş edirik.

Digər dedi-qodu tipli məlumatların yayılması düşmən dəyirmanına su tökməkdir. Odur ki, birmənalı olaraq rəsmi məlumatlara istinad edilməsi vacibdir”.

Oxşar xəbərlər
OTACI