Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maştağada həyətində narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əasasən həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbəsi sakini Sərxan Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 27 kiloqram olan 225 ədəd çətənə kolu, yaşadığı evdən isə 60 qram qurudulmuş marixuana və 20 qrama yaxın marixuana tumları aşkar olunaraq götürülüb. Sərxan Kərimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI