Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Cəbhədə dəhşətli hadisələr gedir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludur".

Bu sözləri erməni sosial media istifadəçisi Diana Arutyunyan ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttinin Tovuz rayonu istiqamətində baş verən hadisələrdən sonra yazıb.

O bildirib ki, qardaşından aldığı məlumata görə, Ermənistan ordusu çox sayda itki verib: "Qardaşım ölü əsgərlərlə dolu 3 yük maşınının hərəkət etdiyini görüb. 70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir. Amma qardaşım ölülərin gördüyündən daha çox, hətta 200-dən çox ola biləcəyini də dedi. Nə edəcəyimizi bilmirik. Qardaşımla əlaqə itib. Şəhərdə təşviş var. Hökumət isə heç bir şey etmir".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ordunun itki vermədiyini bildirib və cəbhədəki məlumatları gizlədir. Nazirliyin mətbuat katibi isə sadəcə 2 polisin yüngül xəsarət aldığını açıqlayıb.

Publika.az

Oxşar xəbərlər
OTACI