Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid baş leytenantın ailəsində 10 il əvvəl də faciə olubmuş

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər  verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən gərginlikdə baş leytenant Rəşad Mahmudov şəhid  olub. 

Press.az xəər verir ki, “Qafqazinfo” şəhidin ailəsiylə bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, təxminən 10 il bundan qabaq onun ailəsində daha bir faciə yaşanıb. Şəhidin yeniyətmə qardaşı Rəis Mahmudov ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhid R. Mahmudov  ailənin tək övladı olub. Subay olan şəhidimiz anası ilə birgə yaşayıb. Onun valideynləri uzun müddət əvvəl ayrılıblar.

Biləsuvarın Aşağı Cürəli kənd bələdiyyəsinin sədri Ruslan Səidov məlumatları saytımıza təsdiqləyib. O qeyd edib ki, şəhidin nəşi hələ doğma kəndinə gətirilməyib. 

 

Oxşar xəbərlər
OTACI