Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət - VİDEOREPORTAJ

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndində atəşkəs rejimi pozulmaqda davam edir.

Press.az Baku TV-yə istinadən xəbər verir ki, erməni silahlı qüvvələri tərəfindən mövqelərimiz dünən gecədən atəşə tutulub.

Atəşkəs rejimi xüsusən iri çaplı silahlarla pozulub. Düşmənin təxribatına milli ordumuz tərəfindən layiqli cavab verilib. Bu gün səhər saatlarında atəş səsləri qismən səngiyib. Lakin ara-sıra silah səsləri eşidilir.

Kənddə isə həyat öz axarında davam edir. Kənd sakinlərinin əhval-ruhiyyəsi olduqca yüksəkdir. Tovuz rayonunun Ağdam kəndi düşmənə ən yaxın məsafədə yerləşən kəndlərdən biridir və uzun illərdir ki, kənd sakinləri düşmən mövqeləri ilə üz-üzə dayanıb.

Oxşar xəbərlər
OTACI