Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidimiz dəfn edildi - Video

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu son mənzilə yola salınıb. 

Press.az xəbər verir ki, 2002-ci il təvəllüdlü əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, yaralılar var. Qarşı tərəf də itki verib. 

Oxşar xəbərlər
OTACI