Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusdan sağalanlarda hansı pozuntu yaranır?

13 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusdan-COVID-19-dan sağalanlarda ağır immunitet problemi yaranır.

Press.Az e-tibb.az-a istinadən xəbər verir ki, COVİD-19 virusunun yayıldığı yer sayılan Çinin Uhan şəhərində aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Virusologiya İnstitutunun alimləri bu infeksiyadan sağalan insanlarda immun sisteminin fəaliyyətində uzunmüddətli problemlər aşkar ediblər. İmmun sisitemində yaranan bu pozuntuların bir neçə ay ərzində müşahidə edildiyi qeyd edilir.

Araşdırmaçılar bildirib ki, klinik bərpadan 4-11 həftə sonra xəstələrin limfositlərində əhəmiyyətli fenotipik dəyişikliklərin izlənilməsi davam edir.

Əlavə edək ki, limfositlər-immunitetə görə cavabdeh olan qan hüceyrələridir, məsələn, HİV kimi infeksiyalar zamanı əhəmiyyətli dərəcədə az olurlar.

Oxşar xəbərlər
OTACI