Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayıldı-FOTO

12 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün erməni təxribatı nəticəsində şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayılıb.

Press.az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə düşmən təxribatı nəticəsində şəhid olan Tovuz rayon Ağdam kənd sakini Baş əsgər Məmmədov Elşad Dönməz oğludur. Şəhidlərimiz sabah torpağa tapşırılacaq.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

 

Oxşar xəbərlər
OTACI