Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir həkim koronavirusdan vəfat etdi

12 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib.

Press.az-ın Report-a istinadən məlumatına görə, İ.Ağayev bu gün müalicə olunduğu "Yeni klinika"da dünyasını dəyişib.

Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından iyunun 30-da Bakı şəhərində yerləşən "Yeni klinika"ya köçürülüb.

İ.Ağayev 40 il təcili yardım sahəsində çalışıb.

Oxşar xəbərlər
OTACI