Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saatlıda qatar avtomobili vurdu – üç nəfər yaralandı

12 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Saatlı rayonunda qatar avtomobili vurub.

Hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü Rzayev İmanverdi Rza oğlu, 1996-cı il təvəllüdlü Rzayev Ceyhun Rza oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

APA

Oxşar xəbərlər
OTACI