Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə mikroavtobus aşdı, xeyli sayda yaralı var - YENİLƏNİB

11 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkirdə “Mercedes” markalı mikroavtobus aşıb. 

Press.az-ın “Report”a istinadən məlumatına görə, Ağstafaya gedən mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılardan üçü - Qazax rayon sakini 20 yaşlı Zeynəb Yolçuyeva, Tovuz rayon sakini 30 yaşlı Xaliq Ələsgərov və daha bir nəfər xəsarətlə xəstəxanaya aparılıb. Daha bir neçə nəfərə isə yerindəcə ambulator yardım göstərilib. 

Qeyd edək ki, qəzaya düşən mikroavtobusda olanların işdən qayıtdıqları bildirilir. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

***20:01

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Press.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Oxşar xəbərlər
OTACI