Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucar rayonunda qətl baş verib

11 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucar rayonunda qətl baş verib

Press.Az xəbər verir ki, ötən gün Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) baş nahiyyəsindən aldığı çapıcı xəsarətlərlə yerləşdirilən Ucar rayon, Bərgüşad kənd sakini Bayram Abbasov (1969-cu il təv.) həkimlərin tibbi yardımlarına baxmayaraq, orada vəfat edib.

Ucar RPŞ və rayon prokurorluğunun əməkdaşları daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə  hadisə yerinə və meyitə baxış keçiriblər, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, qablaşdırılaraq götürülüb.

Şübhəli şəxs qismində mərhumun qardaşı oğulları Asif və Vasif Abbasovlar saxlanılıblar.

Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Oxşar xəbərlər
OTACI