Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

11 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində daha 2 397 nəfərin koronavirusa (COVID19) yoluxması ilə yoluxma sayı 255 117 nəfərə çatıb.

Press.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 3 338 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 188 nəfər koronovirusdan ölüb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 12 635 nəfərə yüksəlib.

Nazirlik rəsmisi İranda indiyədək 217 666 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, İranın Xuzistan, Şərqi Azərbaycan, Rəzəvi Xorasanı, Hörmüzqan və Şimali Xorasan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,94 milyondan çox test həyata keçirilib.

Oxşar xəbərlər
OTACI