Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səhiyyə Nazirliyi: Evdə müşahidəyə götürülənlərin hamısı COVID-19 xəstəsi deyil

11 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, nəzarətə götürülənlərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlardır:

“Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında testin nəticəsi müsbət çıxanlar isə ölkə üzrə koronavirusa yoluxanların siyahısına daxildir”.

Qeyd edək ki, son iki həftə ərzində Bakıda 10 202 vətəndaş evdə nəzarətə götürülüb.

Xatırladaq ki, iyulun 10-na aid statistik göstəricilərə əsasən, Azərbaycanda koronavirusa yoluxanların sayı 22 990 nəfər, infeksiyadan sağalanların sayı 14 093 nəfər, ölənlərin sayı 292 nəfər təşkil edir.

Report

Oxşar xəbərlər
OTACI