Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus sonsuzluğa səbəb olurmu? - AÇIQLAMA

11 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Koronavirus xəstəliyinin sonsuzluğa səbəb ola biləcəyinə dair etibarlı məlumatlar hələ mövcud deyil”.

Bu sözləri Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya 24” telekanalında Nailə Əsgərzadə ilə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, həmin mövzuda bir neçə məqalə var. Lakin bunlar yalnız ilk elmi tədqiqatlarıdır.

M.Muraşko əlavə edib ki, koronavirusla sonsuzluq arasında əlaqəni iddia edən bəzi elm adamları artıq materiallarını yenidən nəzərdən keçirmək üçün geri götürüblər.

Nazir reproduktoloq, mama-ginekoloq və androloqların bu problemi diqqətlə öyrəndiklərini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl RF Səhiyyə Nazirliyinin Uşaq və gənc yaşlar üzrə baş mütəxəssis ginekoloqu Yelena Uvarova bildirmişdi ki, son zamanlar COVID-19-la əlaqəli, xüsusilə də kişilərdə sonsuzluq problemləri daha çox ortaya çıxır.

“COVİD-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır. Bizdə isə sözügedən məsələdə keyfiyyət məsələsi onsuz da problemli idi”, - deyə ekspert vurğulayıb.

Oxşar xəbərlər
OTACI