Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roy Kin AFFA-dan çox pul istəyib

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi məsələsi üzərində ciddi müzakirə getməyib.

Bu barədə milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, səbəb irlandiyalı mütəxəssisin irəli sürdüyü şərtlər olub: "Kinin həm maliyyə tələbi yüksək idi, həm də o, Azərbaycana yalnız yığmanın toplanışından-toplanışınadək gəlmək istəyirdi. Yəni Bakıda qalmaq niyyətində deyildi. Bu səbəbdən onun məsələsi çox da müzakirə olunmadı".

V.Sadıqov bildirib ki, millinin yeni baş məşqçisi seçimi italiyalı Canni De Byazi ilə yerli mütəxəssis Arif Əsədov arasında aparılıb. İcraiyyə Komitəsi üzvlərindən 8-i De Byazinin, 5-i isə Arif Əsədovun lehinə səs verib (Report) 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI