Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Mançester Siti"nin ÇL-dən kənarlaşdırılması qərarı ləğv olunur

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunacaq.

Press.az xəbər verir ki, bu barədə "BBC Radio Manchester"in keçmiş müxbiri İan Çizmen özünün "Tvitter" hesabında yazıb.

O, İdman Arbitraj Məhkəməsinin (CAS) klubun müraciətini təmin edəcəyini bildirilib. Jurnalist CAS-ın  bununla bağlı qərarını iyulun 13-ü rəsmən açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, "Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılıb və 30 milyon avro məbləğində cərimələnib.

Əlavə edək ki, Pep Qvardiolanın komandası hazırda İngiltərə Premyer Liqasında  69 xalla 2-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI