Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Asiya qitəsində yeni epidemiya başladı - Artıq 16 min nəfər...

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sinqapurda danq qızdırmasına yoluxanların sayı kəskin şəkildə artıb.

İlin əvvəlindən bəri xəstəlik daşıyıcılarının sayı 16 min 157 nəfərə çatıb.

Ölkənin Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, artıq yoluxma sayları gündəlik olaraq 100-dən çoxdur. Ehtimal olunur ki, bu gedişlə ilin sonunadək yoluxma sayı 22 mini keçəcək.

Qeyd edək ki, Sinqapurda danq qızdırması epidemiyası son dəfə 2013-cü ildə yayılmış və 22 min 170 nəfər infeksiyaya yoluxmuşdu.

Məlumat üçün bildirək ki, danq qızdırması ağcaqanadlarla təmas nəticəsində keçir.

Son rəqəmlərə görə, Sinqapurda 45 min 423 koronavirusa yoluxma faktı var. 

publika.az

Oxşar xəbərlər
OTACI