Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilirb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun 2 nömrəli Sovxozun ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada da karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur“ adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.  

Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin 1 otaqlı tiklidə sosila məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.

22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.

Oxşar xəbərlər
OTACI