Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisindən xarici həkimlərlə bağlı AÇIQLAMA

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyədən, Rusiyadan Azərbayacana tibb mütəxəssisi heyəti gəlib. Onlar Operativ Qərargahla da fikir mübadiləsi aparırlar”.

Press.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təcrübə mübadiləsinin aparılması vacib məqamlardan biridir:

“Azərbaycanda da yoluxanların sayında azalma olduqdan sonra həkimlərimiz digər ölkələrə gedə bilərlər. Həkimlərimiz gərgin fəaliyyət göstərirlər. Kubadan da həkim heyətinin gəlməsi nəzərdə tutulur. Kubanın pandemiyaya qarşı mübarizədə zəngin təcrübəsi var. Bizim onlarla dostluq münasibətlərimiz var”.

Oxşar xəbərlər
OTACI