Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada oğurluq edib, sonra evi yandıran şəxslər saxlanılıb - FOTO

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DİN-in “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI