Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələri üçün həkim vakansiyaları elan edib

10 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Covid-19 İnfeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalı vakant yerlər elan edib.

Hospitaldan Press.az-a verilən məlumata görə, vakansiyalar aşağıdakı yerlər üzrə elan olunub:

Həkim

Vakansiya tələbləri:

- Ali tibb təhsili;

- Səhiyyə Nazirliyinin sertifikasiyası

- Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

- Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;

- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək;

- Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək;

- Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

- Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

- Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək;

- Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək;

- Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;

Oxşar xəbərlər
OTACI