Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Mən də bundan bezmişəm" - Zidan

09 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ən azından rəqibin vəziyyətinə görə oyun çətin olacaq. Ümumiyyətlə, oyun həmişə asan olmur. “Alaves”lə sabahkı görüş də həqiqətən ağır olacaq”.

Press.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 35-ci turunda sabah “Alaves”lə keçiriləcək oyun haqda danışarkən deyib.

Fransalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasını indidən çempion adlandıranların yanıldığını bildirib: “Hələ heç nə qazanmamışıq. Dörd qarşılaşma qalıb, sonra daha bir final. Təəssüf edirəm ki, həmişə eyni şeyi təkrarlayıram. Mən də bundan bezmişəm, amma həqiqətdir. Hələ bir şey qazana bilməmişik, işimizi davam etdirməliyik”.

Qeyd edək ki, “Real” 34 oyuna 77 xalla lider, “Barselona” isə 35 oyuna 76 xalla 2-cidir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI