logo
First slide

Zərdabda 3 nəfər Kürdə batdı

09 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Press.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Oxşar xəbərlər