Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuz və Şirvanda çətənə yetişdirən şəxslər saxlanılıb

09 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 Tovuz və Şirvanda çətənə yetişdirən şəxslər saxlanılıb.

Press.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) Qərb bölgəsində Regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz şəhər sakini K.Nağıyevə məxsus həyətyanı sahədən, kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilib. 

Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş İ.Nəsibovun yaşadığı evin həyətyanı sahəsindən, kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilib. 

Faktlarla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər
OTACI