Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ilin ilk 6 ayında Texniki Şuralar vasitəsilə 886 müraciətə baxılıb

09 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci ilin II rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 367 müraciətə baxılıb.

Nazirlikdən Press.az-a verilən məlumata görə, ümumilikdə isə 6 ay ərzində Texniki Şuralar tərəfindən 886 müraciət qəbul edilib. Bunlardan 885-nin icrası təmin edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.

Bu dövrdə sifarişçilər tərəfindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə edilmiş müraciətlərlə bağlı yaranmış şikayətlər Enerji Tənzimləmə və Monitorinq Departamenti tərəfindən müvafiq qaydada həll edilərək sahibkarların məmnunluğu təmin edilib.

Qeyd edək ki, hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 12 Texniki Şura fəaliyyət göstərir.

Oxşar xəbərlər
OTACI