Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi

09 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Press.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

Oxşar xəbərlər
OTACI