Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabadda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən – iyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni vurmuş, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmişlər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilmişdir.

İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş, şahid ifadələri alınmış və müvafiq ekspertizaları təyin edilmişdir.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxşar xəbərlər
OTACI