Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ələtdə toy olmasa da, toya gələnlər cərimələndilər - FOTO

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə ötən gün Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayev oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsinin planlaşdırıldığı məlumatı daxil olub.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, daxil olan məlumat nəzarətə götürülüb və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılıb.

Həmin ünvan gün ərzində müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılıb və müəyyən edilib ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmayıb.

Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, polis əməkdaşları tərəfindən 13 nəfər polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılıb və cərimələniblər.

Oxu.az

Oxşar xəbərlər
OTACI