Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyi tərəfindən istehlakçılara bildirişlər göndərilir.

Nazirlikdən Press.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.

Bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb. Belə ki, iyulun 5-dən etibarən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

Oxşar xəbərlər
OTACI