Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü, 8-i yaralandı

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 

Xudat Şəhər Mərkəzi Xəstəxanasının Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan tibbi personalı təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov "Report"a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olub. 

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI