Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələndi - FOTO

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində əməl edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reyd zamanı obyektlərdə satıcı və müştərilərlə, küçədə hərəkət edən sakinlərlə, eləcə də sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.

Onlara tibbi maskalardan istifadənin zəruriliyi və sosial izolyasiya qaydalarına əməl etmələrinin vacibliyi bildirilib.

Rejim qaydalarını pozan, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Oxşar xəbərlər
OTACI