Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - RƏSMİ

08 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.

Ölkədə koronavirus pandemiyasına görə yaşı 65 yuxarı olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Q.Abbasov məzuniyyətdə olub. 

Koronavirusa yoluxan Q.Abbasov bir müddətdir ki, müalicə alırdı. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Oxu.Az-a təsdiq edib. 

Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo yayıb.

Oxşar xəbərlər
OTACI